
“İrəvan” FK -da Samir Ələkbərovun 55 illik yubileyi münasibətilə tədbir keçirilib
08.11.2023Bu gün ASK Arenada “İrəvan” Futbol Klubunun idarə heyətinin sədri Zülfüqar Kazımov komandanın köməkçi məşqçisi Samir Ələkbərovun 55 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak edib.
Zülfüqar Kazımov əvvəlcə 8 noyabr Zəfər Günü münasibətilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqını və Müzəffər ordumuzu təbrik edib. Natiq sonra yubilyarı “İrəvan” Futbol Klubunun idarə heyəti və kollektivi adından təbrik edib, ona məşqçilik fəaliyyətinizdə uğurlar. arzulayıb, klubun fəxri fərmanını ona təqdim edib.
Klubun prezidenti Zahid Niyazəliyev, Baş məşqçi Nazim Süleymanov çıxışlarında Samir Ələkbərovun Azərbaycanda gənc futbolçu nəslinin yetişməsində xidmətlərindən bəhs edib, onun hal-hazırda “İrəvan” Futbol Klubunda da məşqçi kimi fəaliyyət göstərməsini və klubun qısa bir zamanda qazandığı qələbələrin əldə olunmasında əməyinin böyük olduğunu vurğulayıblar.
Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə klub rəhbərliyinə təşəkkür edib.
Mübariz Süleymanlı