Bu rayonların sərhədləri yeni Qanunla müəyyənləşdi

Bu rayonların sərhədləri yeni Qanunla müəyyənləşdi

14.11.2023 Off By Füzuli İsmayılov

Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq aşağıdakı dəyişikliklər edib:

1. Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilsin.

2. Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilsin.

Share