“İran səfirinin açıqlaması bölgədə vəziyyəti gərginləşdirir, münasibətlərə xələl gətirir”

17.11.2023 Off By Füzuli İsmayılov

“Azərbaycan hər zaman İranla qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Bir müddət bundan öncə iki ölkə arasında gərginlik yaşanırdı. Artıq bu məsələlər aradan qalxıb, yeni mərhələyə daxil olmuşuq. Hətta sərhəddə yeni körpünün, dəmiryolunun tikintisi istiqamətində addımlar atılıb”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Daşkənddə İran prezidenti İbrahim Rəisi Azərbaycan dövlət başçısı İlham Əliyevi Qarabağın tam azad olunması münasibətilə təbrik edib:

“Lakin bu görüşün üzərindən bir az keçən kimi İranın Ermənistandakı səfiri ikitərəfli münasibətlərə xələl gətirə biləcək müsahibə ilə gündəmə gəldi. Ermənistan mediası səfirin fikirlərini İranın mövqeyi kimi tirajlamağa başladı. İran rəsmilərinin bu ikibaşlı mövqeyi anlaşılan deyil. Səfirin bəyanatları ikitərəfli münasibətlərə xələl gətirən məqamdır. İran Prezidenti öz mövqeyini qətiyyətlə ifadə etdiyi halda, qonşu dövlətin rəsmiləri diqqətli olmağa məcburdurlar. Bundan öncə də İran tərəfindən dəfələrlə belə ziddiyyətli fikirlər səsləndirilib. Azərbaycan isə öz fikrində qalır, siyasətini davam etdirir. İran tərəfindən də bu prinsiplərə sadiq qalınmasını gözləyirik”.

Deputatın sözlərinə görə, maraqlı məqam budur ki, İbrahim Rəisinin Daşkənddəki birmənalı addımından sonra Ermənistan mətbuatı İrana qarşı bir növ hücuma keçib:

“Davamlı açıqlamalardan sonra səfirin belə bəyanatla çıxış etməsi Ermənistanda yeni kampaniyanın başlanmasına rəvac verdi. Bütün bunlar Ermənistanı yanlış mövqeyə təhrik edir. Həm İran rəsmiləri, həm də digər qonşu ölkələrin siyasətçiləri belə açıqlamalar verməkdən çəkinməlidirlər. Bir daha qeyd edirik ki, belə bəyanatlar bölgədə vəziyyəti gərginləşdirir, ikitərəfli münasibətlərə xələl gətirir. Belə yanaşmalara son qoyulmasını gözləyirik”.

Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi haqqında sərsəm bəyanatla çıxış edib.

Share