Yenə qalib “İrəvan” Futbol Komandası oldu
23.11.2023Belə ki, “İrəvan” futbol komandası azarkeşlərinə yenidən qələbə sevincini yaşada bildi.
Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 9-cu turun oyunları keçirilir.
Dünən ASK Arenada “İrəvan” futbol komandası ev sahibi olaraq
Ağsunun “Difai” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “ İrəvan ” komandası 3:1 hesabı ilə “Difai” komandasını məğlub edib.



Mübariz Süleymanlı
“İrəvan” FK-nın Mətbuat Xidmətinin rəhbəri











