Bərdədə bədbəxt hadisəevdəki uçqunda yaralananların sayı 33-ə çatıb

Bərdədə bədbəxt hadisəevdəki uçqunda yaralananların sayı 33-ə çatıb

23.11.2023 Off By Füzuli İsmayılov

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.

Hakimiyyet.info.az xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib.

Yas mərasiminə gələn ziytarətçilər evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar.

Qəflətən döşəmənin çökməsi nəticəsində çoxlu sayda insan xəsarət alıb.

Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Bərdədə evdəki uçqunda yaralananların sayı 33-ə çatıb (ƏLAVƏ OLUNUB) (FOTO)
Bərdədə evdəki uçqunda yaralananların sayı 33-ə çatıb (ƏLAVƏ OLUNUB) (FOTO)
Share