DGK VƏTƏNDAŞLARI XƏBƏRDAR EDİR!
01.12.2023DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR İDARƏSİNİN MƏLUMATI
Dövlət Gömrük Komitəsi rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır.
Son zamanlar baş verən kiberhücumlarla əlaqədar Dövlət Gömrük Komitəsi vətəndaşlarımıza kiber dələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edir.











