MSK Prezident seçkiləri təyin edib – Təqvim planını təsdiqləyib
08.12.2023Hakimiyyet.info.az xəbər verir ki, növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib.
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib. Qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib. Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb.
Məsələ barədə məlumatı MSK katibi Arifə Muxtarova təqdim edib.











