“Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı
22.12.2023Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında məhv edildi. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə cavablandıran Prezident İlham Heydər oğlu Əliyev xalqımızın bügünü, sabahı və gələcəyidir. Allah Prezidentimizi qorusun. Bir daha cənab Ali Baş Komandanı, dünya səviyyəli siyasi lideri doğum günü münasibətilə təbrik edirik!

Əsgər Budaqov,
təqaüddə olan polis polkovnik -leytenantı











