Biz qalib ölkənin, qalib Sərkərdənin əsgəri, vətəndaşlarıyıq
22.12.2023Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da, sözünün mənası və çəkisi böyükdür. Qətiyyəti və iradəsi böyükdür. Prezidenti və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldı. Türkiyə-Ermənistan sərhədi bu günə kimi bağlıdır. Onların açılması bağlanmasına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkündür. Bu, hər iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir. Biz qalib ölkənin, qalib Sərkərdənin əsgəri, vətəndaşıyıq. Biz Ali Baş Komandanla fəxr edirik. Allah ona uzun ömür, cansağlığı versin!

Əhəd Manafov,
Kürdəmir rayon ictimai iaşə xidmətinin müdiri, iki əsgər atası











