Ölkəmizin əldə etdiyi nailiyyətlərə görə cənab prezidentə minnətdarıq

Ölkəmizin əldə etdiyi nailiyyətlərə görə cənab prezidentə minnətdarıq

22.12.2023 Off By Füzuli İsmayılov

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional varislik modeli sayəsində mümkün olub.

Biz ölkəmizin əldə etdiyi bütün nailiyyətlərə görə cənab prezidentə minnətdarıq. Doğum günü münasibətilə prezidentimizə və ailəsinə cansağlığı , firəvan ömür arzulayırıq!

Tarix İslamov,

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi

Share