Ceyhun Bayramov maldivli həmkarı ilə görüşüb

Ceyhun Bayramov maldivli həmkarı ilə görüşüb

19.01.2024 Off By Füzuli İsmayılov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində Maldiv adalarından olan xarici siyasət idarəsinin rəhbəri Mosa Zamerlə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub. Həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri barədə danışılıb.

Share