Mərasim evinin tavanının çökməsi ilə bağlı prokurorluq əməkdaşları tərəfindən müayinə aparılır

Mərasim evinin tavanının çökməsi ilə bağlı prokurorluq əməkdaşları tərəfindən müayinə aparılır

19.01.2024 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər – 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.

Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Share