Daha bir cüdoçumuz “Böyük Dəbilqə” turnirində ikinci yeri tutub

Daha bir cüdoçumuz “Böyük Dəbilqə” turnirində ikinci yeri tutub

04.02.2024 Off By Füzuli İsmayılov

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb. Yarışın sonuncu günündə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev həlledici görüşdə Türkiyə təmsilçisi Mixael Zqankaya uduzaraq ikinci yeri tutub.

Millinin digər üzvləri Vüqar Talıbov (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, ötən gün Zelim Tçkayev (81 kiloqram) də gümüş medalın sahibi olub.

Share