Netanyahu HƏMAS-ın 24 batalyonundan 17-nin məhv edildiyini bildirib- QƏLƏT ELƏYİR
05.02.2024İsrail ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda (Qəzza – red.) mövcud olan 24 HƏMAS batalyonundan 17-ni məhv edib. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.
“Mən siyasətimizi aydınlaşdırmaq istəyirəm: ilk növbədə əsas məqsədimiz HƏMAS-ın məhv edilməsidir. Bu məqsədə çatmaq üçün HƏMAS-ın batalyonlarının azaldılması lazımdır. Bu günə kimi biz 24 batalyondan 17-ni məhv etmişik. HƏMAS-ın qalan batalyonlarının çoxu Qəzza zolağının cənubunda və Rəfahdadır. Onlara da vaxt çatacaq”, – deyə Netanyahu əlavə edib./AZƏRTAC
P.S. Netanyahu hakimiyyətdə olanadək Fələstin-İsrail sülh sazişindən söhbət edənlər başdan xarablardır.











