Ölkəmiz Prezident İlham Əliyevin sayəsində daha böyük uğurlara imza atacaq
16.02.2024Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. Buna görə də bütün Azərbaycan xalqı bu qələbəni hamılıqla məhəbbətlə qarşılayır, bayram edir.
Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası bu gün xüsusi qurur və sevinc hissləri yaşamaqla, ölkəmizin məhz Prezident İlham Əliyevin sayəsində daha böyük uğurlara imza atacağına inanır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətin və vətəndaş cavabdehliyinin göstəricisidir.
Mən də xalqımızı, cənab Prezidenti təbrik edir, cansağlığı və nailiyyətlər arzulayıram.

Tural Kamranzadə,
Nizami RPİ DYP-nin YNH üzrə inspektoru, polis baş leytenantı











