Azərbaycan gimnastı Rumıniyada bürünc medal əldə edib
25.02.2024Azərbaycan gimnastı Rumıniyanın Ployeşti şəhərində keçirilən XXIII “İrina Deleanu Cup” turnirində uğurlu nəticə əldə edib.
Trend xəbər verir ki, beynəlxalq yarışda iştirak edən yığmanın üzvü İlona Zeynalova bürünc medal qazanıb.
O, çoxnövçülük proqramında bu nailiyyətə sevinib.











