Qurban Qurbanov: “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir”

Qurban Qurbanov: “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir”

25.02.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, bunu Ağdam klubunun saytına açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının 1/8 final mərhələsinin 23 fevralda keçirilən püşkatmasına münasibət bildirən təcrübəli mütəxəssis “Bayer”lə qrup mərhələsində qarşılaşdıqlarını xatırladıb. Qurbanov güclü rəqiblə matçlarda baxımlı oyun nümayiş etdirməyə çalışacaqlarını bildirib: “Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maralı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab matçı bir həftə sonra Leverkuzendə olacaq.

Share