Rauf Hüseynov ANAMA-ya aparat rəhbəri təyin edilib

Rauf Hüseynov ANAMA-ya aparat rəhbəri təyin edilib

29.02.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Rauf Hüseynov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) aparat rəhbəri vəzifəsinə təyin edilib.

Rauf Qəhrəman oğlu Hüseynov 1982-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1999-cu ildə N.Axundov adına Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbini əla qiymətlərlə bitirərək yüksək nəticə ilə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədri ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək “AzərTürkBank” ASC-də idarə heyəti sədrinin müşaviri olub.

Yeni təyinat münasibətilə biz də Rauf müəllimi təbrik edirik.

Share