İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır

İsrail Qəzza zolağında yeni əməliyyata hazırlaşır

01.03.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında və anklavın mərkəzi hissəsində əməliyyata hazırlaşır. Bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

O qeyd edib ki, İsrail ordusu əməliyyatın növbəti mərhələsinə keçmək üçün həm Rəfahda, həm də mərkəzi bölgələrdəki qaçqın düşərgələrində əməliyyat keçirməyə hazırlaşır.

Y.Qallant vurğulayıb ki, İsrail ordusu HƏMAS-dan əhəmiyyətli miqdarda məlumat alıb və hazırda bu məlumatlardan tunelləri və təşkilatın əsas mərkəzlərini məhv etmək üçün istifadə olunur. O, həmçinin qeyd edib ki, HƏMAS-ın yeraltı tunel sistemi ozləri üçün tələyə çevrilir.

Share