Vətəndaş Elcan Beybudovun sağlamlığına ağır xəsarət yetirilməsi barədə yayılmış məlumatlara Baş Prokurorluqdan reaksiya

Vətəndaş Elcan Beybudovun sağlamlığına ağır xəsarət yetirilməsi barədə yayılmış məlumatlara Baş Prokurorluqdan reaksiya

30.03.2024 Off By Füzuli İsmayılov

Bəzi sosial şəbəkə səhifələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Elcan Beybudova tanışı Vüsal Mayılov tərəfindən bıçaqla xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, istintaqın əsassız uzadılması barədə məlumatlar yayılmışdır.

Qeyd olunanlarla bağlı bildiririk ki, Vüsal Mayılov tərəfindən Elcan Beybudovun sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuşdur.

Binəqədi Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prossual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılaraq təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.

29 noyabr 2023-cü il tarixdə Vüsal Mayılova həmin məcəllənin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün yenidən rayon məhkəməsinə müraciət olunmuş, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmamış, eləcə də, həmin qərardan ibtidai araşdırmaya prosseual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmayaraq rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır.

Bundan başqa, cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq cari il yanvar ayının 23-də Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir.

Bildiririk ki, cinayət işi üzrə müvafiq ekspertizaların təyini, hadisənin baş vermə səbəbləri və şəraitinin, mexanizminin dəqiq müəyyənləşdirilməsi istiqamətində çoxsaylı istintaq hərəkətlərin icra olunması, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıqların, dövlət orqanlarına sorğuların verilməsi, zərərçəkmiş tərəfin istintaq orqanının çağırışlarına vaxtında gəlməmələri ibtidai istintaq müddətinin uzanmasına səbəb olmuşdur.

İstintaq zamanı həmçinin, Vüsal Mayılovun mübahisə zamanı ayağından bıçaq zərbəsi alması faktına görə cinayət işinin materiallarından cinayət işi ayrılaraq, hazırda istintaqı davam etdirilir.

Bir daha sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirməmiş və yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur.

P.S. İstintaq orqanları ilə aylarla əlaqə saxlamaq media nümayəndələri üçün müşkülə çevrilib. O ki, qaldı operatriv məlumatlara

Share