
ABŞERON RAYON PROKURORU CİNAYƏTKARI NİYƏ MÜDAFİƏ EDİR?-ELVİN YUSİFOVUN ŞOK İDDİALARI
02.04.2024“HAKİMİYYƏT” qəzeti redaksiyasına və Hakimiyyet.info.az saytına Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov küç. 16 da yaşayan və qeydiyyatda olan III qrup əlil, iş üzrə zərərçəkmiş Yusifov Elvin İlqar oğlu tərəfindən (Tel: +994 55 632 92 33)
Ə R İ Z Ə – Ş İ K A Y Ə T
Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə və Baş prokuror cənab Kamran Əliyevə müraciət edərək bildirirəm ki, Abşeron RPİ-də və Abşeron Rayon Prokurorluğunda riyakarlıq və özübaşınalıq hökm sürür. Abşeron rayon prokuroru Qabil Qasimov mənə qarşı dələduzluq etmiş şəxsi qəbul etdikdən sonra onun barəsində mənə dəymiş zərər ödənilmədən cinayət işinə xitam verdirir! Görəsən hansı maraq əsasında? ABSURT!
Bildirirəm ki, Ağacanov Elçin Nazim oğlu mənə qarşı dələduzluq edərək 15700 AZN pulumu mənimsəmişdir. Bununla bağlı Xətai RPİ-nin İŞ- də polis mayoru, müstəntiq Elgiz Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə dələduzluq maddəsi ilə cinayət işi açılaraq zərərçəkmiş kimi tanınmışam. 16 fevral 2024-cü ildə cinayət işi aidiyyatı üzrə baxılması üçün Abşeron RPİ-yə göndərilmişdir. Dəfələrlə müraciətlərimdən sonra 19 mart 2024-cü ildə mənə Abşeron RPİ-nin dəftərxanasından bildirilib ki, İş hal-hazırda Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidlidədir. Artıq 01.04.2024-cü ildir hələdə heç Məcid Məcidlinin nə üzünü görmüşəm nədə işin istintaqı barədə bir məlumat verilmir. Sizə və Abşeron rayon Prokuroru cənab Qabil Qasimova rəsmi və onlayn müraciətlər etsəm də, məni qəbul etmir və iş üzrə zərərçəkən şəxs olduğum halda mənimlə maraqlanmır, nə də rəsmi bir cavab yoxdur. Hal-hazırda işin icraatda olduğu Abşeron RPİ-nin müstəntiqi Məcid Məcidli məni qəbul etməsə də iş üzrə zərərçəkən şəxs olaraq mənimlə maraqlanmadığı halda orda burda artıq bildirib ki, prokurorla razılığa gəlmişəm, cinayət işinə xitam verirəm. Bunu hansı haqla edirlər? Zərərçəkmişə bir qəpik ödənilmədən, zərəri qarşılanmadan barışıq və razılıq ərizəm olmadan işə xitam verilə bilərmi? Dələduz kimi təqsirləndirilən şəxs isə rahat şəkildə öz keyfində, mənə də acıq verərək gündə bir bahalı maşında oyana-buyana gözümün qarşısında gəzişir. Baş Prokurorluqdan mənə çoxsaylı cavablar gəlsə də, iş Abşeron rayon prokuroru Qabil Qasımova tapşırıldı, ancaq nə məni qəbul edir, nə də Baş Prokurorluğun göstərişinə məhəl qoymur.
Əsas hal: Deməli 01.04.2024-cü il tarixdə mən Abşeron rayon prokurorluğunda oldum və qəbula girmək istədim. Lakin məni qəbul etməkdən imtina etdilər. Hətta vəkilimlə birlikdə ərizə təqdim etmək istəsək də, Abşeron Rayon Prokurorluğunun dəftərxanasına buraxılmayaraq aşağıda növbətçi hissə vasitəsilə telefon əlaqəsi saxlamağa məcbur edildik. İsrarlarımdan sonra nəhayətdə saat 12: 45 radələrində Abşeron rayon prokurorunun müavini Aslan Aslanov məni akt zalında qəbul etdi, nə üçün gəldiyimi soruşdur. İş haqqında elə ağzımı açıb danışmaq istəsəm də, Aslan Aslanov “hə Ağacanov Elçinin şəxsiyyəti məlumdur,bu şəxs dələduzdur lakin bu şəxs 6-cı gün prokuror Qabil Qasımovun yanına Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis-kapitanı Məcid Məcidli ilə məruzə etmək üçün girmişdir və dələduz Ağacanov Elçin Nazim oğlu mən aldatmamışam, etibarnaməni mən ləğv etdirməmişəm, Qazıyev Tarıyel Camal oğlu ləğv elətdirib deyir. Və bizim sadəlöv prokurorumuz Qabil Qasımov isə bu dələduzun səmimiyyətinə bir sözlə inanaraq, məruzə edən şəxs Abşeron Rayon RPİ-nin İŞ-nin müstəntiqi Məcid Məcidliyə bildirir ki, işə xitam verərək yenidən işi Xətai RPİ-nin İŞ-nə göndərsinlər. Soruşduqda isə Siz istintaqa təqdim edilən sübutları, səsləri, yazışmaları dinləmisiz?- dedikdə bilmirəm, nəsə Elçin Ağacanov elə dedi deyə prokuror Qabil Qasımov da göstəriş verdi ki, işə xitam verilsin. Xahiş edirəm məsələ araşdırılsın ki, Cənab Prokuror Qabil Qasımov bu faktları araşdırmadan və həmin zaman bizim dəvətimiz olmadan çoxlu şikayət ərizəm olduğu halda, niyə məni qəbul edib qarşı tərəf olaraq dindirmədən, izahat almadan, ərizə almadan, işin xitam edilməsini göstəriş verir? Bu hansı kitabda, hansı qanunvericilikdə var ki, ilk olaraq Aslan Aslanovun bildirdiyinə görə həftənin şənbə günü( bu gün prokurorluq orqanları adətən işləmir)günü qəbul etdiyi, bu qədər səslər sübutlar yazışlamalar, dələduz Ağacanov Elçin Nazim oğlunun avtonəqliyyat vasitəsini özününki kimi təqdim edərək mənə satması, saxta müqavilə düzəldib məni inandırmaq üçün imzaladığı kağız parçası, səsləri özününki kimi təqdim etmə faktları bank çekləri olduğu halda bu əməl dələduzluq olmur? Bu prokurorun sadəlöhvlüyüdür, yoxsa ortada başqa niyyətlər var? Görəsən dələduzu müdafiə etməkdə prokurorun marağı nədir? Bu xitam məsələsi Elçin Ağacanovun yaxın ətrafı vasitəsilə mənə çatdıranda mən Hüquq Mühafizə orqanlarının belə ədalətsizliyə yol verə biləcəklərinə inanmırdım. Demə, yanılmışam, bunlar həqiqət imiş, ona görə dələduz Ağacanov Elçin Nazim oğlu məni hədələyirmiş ,yaşadığım ünvana gəlirmiş, bəlkə də məni təklikdə tutaraq mənə xəsarət yetirmək üçün məqam axtarır. Və istintaqa təqdim olunan hədələmələri, avtomaşını özününkü kimi təqdim etmə səsləri, sənədləri niyə bizim Abşeron Rayon prokuroru Qabil Qasımovun nəzərindən yayınır və hansı maraqa əsasən yayınır və bunu diqqətə almır?
Bir daha mən Ölkə Prezidentim Ali Baş Komandan Cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nağıyev Əli Nağı oğluna səslənirəm bu işi ciddi nəzarətə götürsünlər. Abşeron Rayonunda ciddi şəkildə oyunlar gedir.
Görün vəziyyət nə yerə çatıb ki, gördündüyü kimi bu adam dələduzdur, maşın mənimdir, maşını sənin adına keçirirəm bu adamı dələduz kimi qəbul edmir Abşeron Rayon Prokuroru dələduzun bir kəlmə sözünə inandıq deyir və işə xitam verdik. Xahiş edirəm Baş Prokuror cənab Kamran Əliyev bu işi tələb edin və baxılsın ki, bu qədər sübütlar səs yazmalar, yazışmalar, bank çeklərini nəzərə almırlar deyirlər dələduzluq faktı yoxdur burda. İşi tələb edin və baxın dələduzluq faktı var yoxsa yox. Mənə maraqlıdır ki, Abşeron rayon Prokurorunun və Prokurorluğunun nə marağı var bu işdə. Abşeron rayon Prokurorunun müavini Aslan Aslanov absurd bir fikir söyləyir mən işdə olmamışam 6-cı gün olub Prokurorun yanına qalxıb dələduz cəlb olunan şəxs deyib mən aldatmamışam buna inanaraq işə xitam verilməsinə göstəriş verir Abşeron rayon Prokuroru cənab Qabil Qasımov. Hətta soruşduqda Abşeron Rayon Prokurorunun müavini Aslan Aslanovdan ki, hal hazırda iş xitam olunub bildirir ki, mənim xəbərim yoxdur yaxınlaş Abşeron rayon RPİ-nin İş-nin rəisi polis polkovnik-leytenantı Müşviq Qubadova ondan oyrən. Nəcə olur Abşeron rayon Prokurorunun müavini, istintaqa birbaşa cavabdeh və nəzərət edən şəxsin bundan xəbəri yoxdur ? İndi isə bu əlamətlərdən sonra dələduz Ağacanov Elçin Nazim oğlu deyir mənlik deyil ged Taryel Qazıyevdən maşınını yaxud pulunu al. Hal bu ki, mənim Şahin Tofaş markalı 90 KV 481 d.q.n. avtomaşınımıda o alıb və satıb ilkin ödəniş kimi və pullarıda dələduz Ağacanov Elçin Nazim oğlu məndən ər ay vaxtından da tez olaraq oz Leo kart vasitəsi ilə məndən alıb çeklərdə təqdim edilib. Deməli dələduz Ağacanov Elçin bütün bu göstərdiyim hallara arxayın olaraq dələduzluğunu etməyini davam etdirməkdə və mənidə hələdə hədələməkdədir.
Bir daha mən Prezidentimizə, Ali Baş Komandan Cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə müraciət edərək işin nəzarətə götürülməsini xahiş edirəm. Əgər bu işlə ciddi məşğul olunmasa, media və kütləvi informasiya vasitələrinə video görüntülü yayımla, intihar etmək məcburiyyətində qalacaq və günahkarları cinayətkarı müdafiə edən Abşeron rayon prokurorunu və Abşeron Rayon RPİ-ni hesab edəcəyəm!
Yusifov Elvin İlqar oğlu
01.04.2024-cü il