Ersin Tatar İlham Əliyevə zəng edib

Ersin Tatar İlham Əliyevə zəng edib

08.04.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, aprelin 6-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ersin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.

Dövlətimizin başçısı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.

Share