Karateçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıb

Karateçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıb

08.04.2024 Off By Füzuli İsmayılov

Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində keçirilən karate üzrə beynəlxalq turnirdə iştirak edib. Trend İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçilərimiz 4 medal qazanıblar.

Azərbaycan yığması kumite yarışlarında 3, katada usə 1 medala sahib çıxıb. Ən yüksək nəticəyə 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev imza atıb. O, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Fərdi kumite üzrə
Əminağa Quliyev (60 kq) – I yer
Hüseyn Məmmədli (67 kq) – III yer
Murad Hacızadə (84 kq) – III yer

Kata üzrə
Ramilə Heydərova – II yer

Karateçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıb (FOTO)
Karateçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıb (FOTO)
Share