ADAM SƏNİ OXUDUQCA İYRƏNİR, ALİM OLSAN DA, ADAM DEYİLSƏN!

ADAM SƏNİ OXUDUQCA İYRƏNİR, ALİM OLSAN DA, ADAM DEYİLSƏN!

08.04.2024 Off By Füzuli İsmayılov

Bütün hoqqalardan çıxaraq elm aləmində uğur əldə edə bilməyən, özünün təbirincə desək, professor, İndoneziyaşünas, riyakarlıq, şər, böhtan və şantaj üzrə xüsusi ad qazanmaqda “məharətli” “ziyalı”ya çevrilmiş Həbib Zərbəliyev (feysbukda Habib Zarbaliyev-F.Ə.) utanmadan yalan məlumatları öz səhifələrində paylaşmaqda davam edir.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin barışıq təklifi ilə onunla görüşmək üçün yaxın yoldaşlardan xahiş etmişəm və bu görüşümüzdə ona “…muzd müqabilində öz yazıları ilə əvvəllər R.Mehdiyevin “düşmən”lərini vurduğu, indi isə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və onun himayədarlıq etdiyi Kamal Abdullayevin sifarişlərini yerinə yetirməyim barədə…” demişəm. Sənin sərsəm yazılarına özün kimilər “layk” qoyur və fikirləşmirlər ki, “El qəzeti”nin, “HAKİMİYYƏT” qəzetinin Baş redaktoru kimi mən həmişə Ramiz Mehdiyevin təzyiqlərilə üzləşmişəm. Hətta onun mənim deputat seçilməyimə mane olmasından tənqidi məqalələr yazmışam. Qaldı ki, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevaya, bu xanımın adını yalnız mətbuatdan oxumuş, onunla 1-2 tədbirdə uzaqdan-uzağa rastlaşmış, heç bir şəxsi tanışlığım, qohumluq əlaqəm yoxdur. Həmişə hörmətli alimimiz, müəllimimiz olmuş Şirməmməd Hüseynova görə bu xanıma rəğbətim olub. Həmçinin öz işi ilə məşğul olaraq sənin kimi siyasi qalmaqallara qarışmayan bir dövlət məmurudur. Hə, yeri gəlmişkən, bunu yazmağa lüzum yoxdur, çünki öz doğma qızı işləyən kollektiv haqqında, oradakı xanımlar haqqında sərsəm fikirlər paylaşan “ziyalı”dan başqa nə gözləmək olar?!

Birlikdə danışığımızın audiosəs və video görüntülərini səninlə görüşümüzü istəyən və təşkil edən çox hörmətlə yanaşdığım alimlərə görə yaymıram. ADU-nun rektoru hörmətli Kamal Abdullayevi isə 1998-ci ildən tanıyıram, ziyalıdır, alimdir, sizdən fərqli olaraq dostluğa səmimi və sadiqdir. Böyük ziyalı ordusuna məxsus ailədəndir.

Sən müsəlmanın müqəddəs Qurani-Kərimi haqqında sərsəm fikirlərini paylaşmaqdan utanmaq, xəcalət çəkmək əvəzinə yenə də davamlı şəkildə “qarr…” deyib qarğa kimi qarıldayırsan. Camaatın eşşəyinə minib özünə at almaq istəyən xəstə təxəyyüllü professorun məntiqi, fikrimcə bundan artıq ola bilməz.

Gələk sizin paylaşımlarda “layk” məsələsinə. Milli Elmlər Akademiyasının kafesində bir ziyalı xanımın sizə söylədiklərinin canlı şahidi olmuşam. Xanım səni ADU haqqında “fb” səhifəndəki yazılara görə sözün əsl mənasında danlayanda verdiyin cavabını xatırladım: “mənim yazılarımı, paylaşımlarımı hörmətli insanlar, alimlər bəyənir. Siz o boyda Komitə sədri Bahar Muradovadan artıqsınız, bütün paylaşımlarımı bəyənir”-deyəndə, bu xanımın adını sən onunla eyni ad və soyadda olan tələbənlə qəsdən qarışıq saldırmaq istədiyini bəlkə açıqlayasan. Məhz həmin hadisədən sonra məni də sənin Kamal Abdullayev haqqında olan yazıların maraqlandırdı. Xanım sadəcə bir neçə il öncə ADU-da dərs dediyini, Kamal müəllimi heç yaxından tanımadığını deyəndə anladım ki, kimsənsə, şərsən, qərəzlisən, professor olsan da, daha məntiqli desək, adam deyilsən. Tayını da özün çəkdirdiyin şəkildə tapmısan.

Həbib Zərbəliyev eşşəyə minib ata çatmaq üçün

Yazırsan ki, “Amerikada yaşayan və özünə müşavir götürdüyü şəxsə hər ay iki professorun maaşını verən (bu, “Qulaq” informasiya agentliyinin məlumatıdır), Naxçıvanda yaşayan şəxsi 6 il müddətində xəstə adı altında, uzun illər boyu başqa yerdə yüksək vəzivə tutaraq Universtetdə bir gün belə işləməyən şəxsi “Onun adı bizə bəsdir” düşüncəsi ilə vəzifələrində saxlayan rektoru başqa şəkildə necə təsvir etmək olar?!” Özünü dilçi alim təqdim edən “dilşünas! Bax yazdıqlarına, nə cümlən məntiqlidir, nə də yazıda buraxdığın səhvlər dilimizə uyğundur. Digər tərəfdən belə ittihama görə yəqin ki, barəndə məhkəməyə müraciət olunacaq və səndən həmin faktın doğruluğunun təsdiqi tələb ediləcək. Çünki belə fakt olsaydı sən Həbib Zərbəliyev, bu faktı çoxdan yazıb müvafiq orqanlara təqdim edərdin. Elə isə, sənin öz dilinlə desək, yalan söyləyənin ən şərəflisinə …..!

Sənin fəaliyyətində dəfələrlə işlədiyin kollektivdə elm adamlarını ləkəmək, xaos yaratmaq planların aşkarlanıb və kollektivdən uzaqlaşdırılmısan. Əfsuslar olsun ki, akademik Kamal Abdullayev bunu bir qədər gec bilib. Biz yaxşı bilirik ki, səni Azərbaycanın elm adamlarına, ziyalılarına qarşı qarayaxma kampaniyasına kimlər sövq edir. Səninkimilər Amerika və İngiltərənin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış casus şəbəkənin fəalları olduğunuzu düşünməyin ki, ölkənin xüsusi xidmət orqanları bilmir. M. Saakaşvilinin Amerikada keçmiş SSRİ respublikalarında “Xaosun yaradılması və insanların bu istiqamətdə idarə olunması” mütəxəssisi kimi hazırlanarkən onunla bərabər oxuyan azərbaycanlılar barədə də məlumatlıyıq. Ölkənin tanınmış siyasətçiləri, elm adamları, ictimai xadimləri, ziyalıları haqqında xoşagəlməz məlumatlar yaymaqla bərabər, Qurani-Kərim barəsindəki cəfəng fikirləriniz ölkədə hansı xaosa nail olmaq istəyinizi ürəyinizdə qoyacaq. Düşünməyin ki, müvafiq orqanlar bunlardan xəbərsizdir. Allah səninkimilərdən xalqımızı qorusun!

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru, AJB üzvü

Share