AY İSMAYIL, YUBİLEYİN MÜBARƏK!

AY İSMAYIL, YUBİLEYİN MÜBARƏK!

21.04.2024 Off By Füzuli İsmayılov

Dəyərli eloğlum, əziz dostum İsmayıl Mirzağa oğlu Nuriyevin 60 illik yubileyinə

El-obaya məhəbbətin əzəldi,
Söz-söhbətin bayatıdı, qəzəldi…
Altmış ildi dünya sənlə gözəldi-
Ay İsmayıl, yubileyin mübarək!

Ömür yolun olubsa da çox çətin,
Sınmamısan, dayanmısan sən mətin!
Düzlük olub, saflıq olub niyyətin-
Ay İsmayıl, yubileyin mübarək!

Öyünmədin dövlətinlə, varınla,
Hörmət tapdın namusunla, arınla.
Yol gəlmisən Böyükxanım yarınla-
Ay İsmayıl, yubileyin mübarək!

Ürəklərdə sevgi adlı qalan var,
Gündə yüz yol səni yada salan var.
Qədirbilən üç qeyrətli balan var-
Ay İsmayıl, yubileyin mübarək!

Ürəyin pak, su tək safsan, təmizsən,
Qəlbin geniş, bir dalğalı dənizsən.
Hamımıza sən doğmasan, əzizsən-
Ay İsmayıl, yubileyin mübarək!
Ay İsmayıl, altımışın mübarək!

Şərafəddin İlkin,

Azərbaycan Yazıçılar Birliyinin üzvi,
Prezident təqaüdçüsü

Share