Paxıllıq Həbib Zərbəliyevdə bir adət, “xəstəlik” halını-yəni daha təhlükəli vəziyyət alıb!

Paxıllıq Həbib Zərbəliyevdə bir adət, “xəstəlik” halını-yəni daha təhlükəli vəziyyət alıb!

02.05.2024 Off By Füzuli İsmayılov

Paxıllıq hər bir insanı bulaşdıra biləcək mənfi xüsusiyyətdir, xəbislikdir. İstər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, paxıllıq hamıya sirayət edə bilər. Paxıllıq başqa insanların uğurları nəticəsində insanda yaranan xoşagəlməyən hisslərdən biridir. Paxıllıq daima sinir xəstəliyinin əsas səbəblərindən biri, günah, insanı qıcıqlandıran bir hiss kimi hesab olunmuşdur. Fransız ədəbiyyatçısı Antuan De Lamott paxıllığın daha optimist bir tərifini vermişdir. Onun fikrincə: “Paxıllıq mənəviyyatsızlığın mənəviyyata ödədiyi əvəzolunmaz xərracdır”. Paxıllıq insana hər tərəfdən zərbə vurur, insanlıq hisslərini oldürür. Paxıllıq bir adət, “xəstəlik” halını alarsa, daha təhlükəlidir. Bir sözlə paxıllıq psixoloji və sosioloji bəladır.

İnsanlar paxıllığın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Ancaq danılmaz bir faktdır ki, qadınlar kişilərlə müqayisədə daha çox paxıl olurlar. Statistik faktlar göstərir ki, paxıllıq hissi bir çox qadınların “ayrılmaz hissəsi”dir. Bu fikirləri mənə söyləyən psixoloqla razılaşmamaq istədiyimi bildirəndə məndən dəlillər istədi. Ona söylədiklərimi dinləyəndən sonra deməyə söz tapmadı. Psixoloqa özünü cəmiyyətə “alim” kimi sırıyan qondarma professor, dilçi, İndoneziyaşünas, əqidəcə şübhəli nücrəyə məxsus Həbib Zərbəliyevin paxıllıq hissi heç bir qadında ola bilməz. Bu vücud Qurani-Kərimə, İslam Peyğəmbərinə(s) belə şübhəli baxışları ilə əslində həyatda yaxşı nə varsa onlara paxıllıq hisslərini aşkar şəkildə cəmiyyətə göstərməkdə həzz alır. Eqoist, paxıl təxəyüllü həbibkimilər çox vaxt bir-birlərinin arxasınca qeybət etməyi sevirlər. Eynən arvadlar kimi.

Bir neçə müddətdir Habib Zarbaliyevin(səhfəsi belə adlanır-müəllif) FB səhifəsində yazdıqlarını oxuyuram. Baxmayaraq ki, bir neçə profilində məni bloklayıb, qorxub ki, yuxusunda gördüyü və yazdığı robot birdən gəlib onun yatağına girər və ona virus itələyəcək, bu baxımdan mən də onu özünün düşünə biləcəyi səviyyədə müşahidə edirəm. Dayana bilmir, ancaq Akademik Kamal Abdullaya, PA-nın şöbə müdiri Fərəh xanım Əliyevaya, ADU-nun kollektivinə qarşı pis arvadlar kimi nağılabənzər uydurmalar, qeybətlər yazaraq özünü gündəmdə saxlamaq istəyir. Ölkə rəhbərinin sərəncamı ilə bir qrup elm adamına Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023)yubiley medalını elm vvə təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi fotoşəkli paylaşaraq “Brut, sən də?!” başlıqlı yazı paylaşıb. Azərbaycan Dillər Universitetinin rektoru, Akademik, dilçi alim, tanınmış ziyalı Kamal Abdullanın təltif olunması elə bil ki, Həbib Zərbəliyevin peçinə odun qoyub. Başlayıb yenə də FB səhifəsində nağıllarına. Yazısından belə məlum olur ki, özünü Yuli Sezarın yerində görmək istəyir və Emin Əmrullayeva bağladığı ümidlərinin puça çıxmasına işarə verir. Paxıllıqdan betər dərd, yandırıcı od ola bilməz. Paxıl adam heç vaxt rahatlıq tapmır; öz kədəri və başqalarının fərəhi ona dərd olur.

Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTOLAR

Bu vücud elm adamlarına, ölkə ictimaiyyətinə hələ bir açıqlama versin ki, qızı Laura Zərbəliyeva Dillər Univesitetində İndoneziya mərkəzinin rəhbəri ola-ola sən bu kollektivdən nə istəyirsən? Laura Həbib qızı Zərbəliyevanın anası Svetlana Dadayeva (bəzilərində Dadayan şübhəsi də yaranıb-F.Ə.) bu Həbibullanı niyə başa sala bilmir ki, belə iyrənc əməllərindən əl çəkib qızının elmi rəhbəri kim otursun yerində. Hərçənd elm aləmində bu da etik sayılmır, ədaləıt tərəzisinin gözünə sığmır. Yaxud da, Həbibin “qulaq” agentliyinin verdiyi xəbərə əsasən, digər arvadı Elmira Zərbəliyeva bu işə niyə kömək edə bilmir? Buna görə də paxıllıq siyahısında əsasən qadınların adı hallanır. Bax Həbibullanı görəndə qadınlar barədə düşüncələr dəyişir.

Bu qədər xəbislik, kin yalnız paxıl insanların düşüncə tərzidir. Çalışaq, heç zaman kiminsə paxıllığını çəkməyək. Kimin nəyi varsa, özünə qismət, hər şeyi verən də, alan da Allahdır! Əlbəttə, bu Həbib kim Allahsızlara aid olmasa da.

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru

Share