Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

18.05.2024 Off By Füzuli İsmayılov

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar./Trend

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Share