Azərbaycanın Latviyadakı Səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Liepayada “Azərbaycan Günü” təşkil olunub

Azərbaycanın Latviyadakı Səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Liepayada “Azərbaycan Günü” təşkil olunub

19.05.2024 Off By Füzuli İsmayılov

16 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi, “Azərxalça” ASC və Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin təşkilatçılığı ilə Latviya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunan təbrilər çərçivəsində 2027 il üçün Avropanın mədəniyyət paytaxtı seçilmiş Liepaya şəhərində “Azərbaycan Günü” təşkil olunub.

“Azərxalça” ASC-də verilən məlumata görə, Azərbaycanın Latviyadakı Səfirliyi, “Azərxalça”ASC və Liepaya İnteryer Muzeyinin birgə layihəsi çərçivəsində sözügedən Muzey üçün əllə toxunmuş xüsusi “Azərxalça” imzalı “Şadlıq” adlı Qarabağ xalçasının hədiyyə edilmə mərasimi keçirilib. Tədbirdə Liepaya meriyasının, İnteryer Muzeyinin, yerli mədəni, ictimai və mətbuat dairələrin nümayəndələri və Latviyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə şəhərin meri Qunars Ansinş, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov və “Azərxalça” ASC İdarə heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov geniş nitqlə çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan 2027-ci il üçün “Avropanın Mədəniyyət Paytaxtı” seçilmiş Liepaya şəhərinin ilk beynəlxalq tərəfdaşı olub və ikitərəfli səmərəli əməkdaşlıq qurulub. Keçmişlə müasirin sinergiyası” sərgisi yerli və xarici xalçasevərlərə nümayiş olunub. Qeyd olunub ki, son dövr ərzində Azərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepaya şəhərində bir sıra mədəni tədbirlər təşkil olunub. Xatırlanıb ki, 2023-cü ildə Azərbaycan Səfirliyinin, “Azərxalça” ASC və Liepaya Muzeyinin birgə təşkilatçılığı ilə muzeydə “Azərbaycan xalçaları. Çıxış edənlər iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlığın rəmzi olaraq İnteryer Muzeyinə “Şadlıq” adlı xalçanın hədiyyə edilməsini əlamətdar hadisə olduğunu bildiriblər.

Daha sonra “Azərbaycan Günü” çərçivəsində Liepaya şəhərinin “Lielais dzintars” ən mötəbər konsert zalında bayram konserti və Azərbaycanın füsunkar təbiətini və zəngin mədəniyyətini əks etdirən fotosərgi keçirilib.

Konsertdə “Cəngi” etno-caz qrupunun solisti, tar ifaçısı Mircavid Cəfərov ilə yanaşı, beynəlxalq müsabiqələrin və caz festivallarının laureatı, pianoçu Elbəy Məmmədzadə, Liepaya Musiqi Məktəbinin caz departamentinin rəhbəri, həmyerlimiz Rüstəm Bağırov və məktəbin tələbələrindən ibarət “Amber Strings” simli ansamblı çıxış edib. Tədbir üçün məhşur Azərbaycan müsiqi parçalarından ibarət xüsusi konsert proqramı təqdim edilib.

Share