Məşhur el deyimindən: Həbibi Kür çayına da atmaq olmaz ki, balıqlar həbib olub çıxar üzə!

Məşhur el deyimindən: Həbibi Kür çayına da atmaq olmaz ki, balıqlar həbib olub çıxar üzə!

29.05.2024 Off By Füzuli İsmayılov

Azərbaycan Dillər Universitetindən cızmaqaralar yazmağa məcbur edilən, “Qulaq” informasiya agentliyi tərəfindən qulaq edilən Həbib Zərbəliyev yenə fb səhifəsində “dalının” davamı kimi sərsəmləyərək yazır:

“B xanımın attestasiyası zamanı:

Coşqun Dadaşov: Xanım, bağışlayın, sizin Əlibaba adında əriniz olubmu?…

B xanım: Ay uşaq, sən, deyəsən, çaşırsan ha… Sənin kimi biri də var idi, mənə sataşmaq istədi. Onun şalvarını çıxararaq qalstuk düzəldib taxdım boynuna.

Coşqun Dadaşov: Xanım, səbirli olun, mən hələ sualımı bitirməmişəm. Demək istəyirəm ki, “Bağışlayın, sizin Əlibaba adında əriniz olubmu?” cümləsi hansı filmdəndir və hansı növ sual cümləsidir?

B xanım: Yəqin ki, Kamal Abdullayevin əttökən, səviyyəsiz bədii əsərlərinin hansındansa. Sənin sualların Kamal Abdullayevin dallığı kimi hamısı ancaq ona aid olar.”

Bu cümlələri oxuyanda bir anlığa düşünürsən ki, bunu hansı səviyyəsiz, alçaq təxəyyüllü birisi yazıb görəsən? Dərhal bu keyfiyyətləri ilə artıq tanınmağa başlamış, ermənisifət, ermənixislət və ailəsinin yarısı da onlardan olan Allahsız və qondarma “alimfason” Həbib Zərbəliyev yada düşür. Bu cılız təfəkkürlü “professor”u izlədikcə bir daha əmin olursan ki, Həbib Zərbəliyevi “dallığını” sən demə tək akademik Kamal Abdullayev deyil, Azərbaycan Dillər Universitetinin digər üzvləri də dağıdıb. Məsələn, gənc kadr kimi Coşqun Dadaşov, Misgər Məmmədov, Məmməd İsmayılov və digərləri. Şərəfsizcəsinə ADU-nun imicinə, təhsilin inkişafına böhtanlar yağdırmaqdan doymayan manqurt göreşən görda nənəsi Yaqutu da rahat buraxmır: “…Azərbaycan Dillər Universitetində işlədiyim zaman ellər anası Nənəm Yaqutun dilindən bu universitetdə baş verən qanunsuzluqlar, əcaib hadisələr haqqında ardıcıl olaraq yazırdım”,-cümləsiylə nənəsini “ellər anası” kimi təqdim etmək istəyir. Ancaq Həbib Zərbəliyev unudur ki, onun kimi xain, manqurt, böhtançı yetişdirən bir nənə “ellər anası” ola bilməz. Sən kimsən ki, sənin kimi iblisin nənəsi bizim-bu “elin anası” olsun? Nənəsini “ellər anası” kimi tanıtdıran bir kəs vicdanına ilan sarıyıb xalqın yaddaşına hörmətli ziyalı, alim, sözün tam mənasında kişi kimi həkk olunan professor Şirməmməd Hüseynovun qızına, dövlət məmurları sırasında adı heç bir qalmaqalda, intriqalarda hallanmayan, iffəti, ləyaqətilə hörmət qazanan Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva haqqında kişiyə yaraşmayan böhtanlar yazmaz. Əgər səndə kişiliyi zərrə qədər təmsil edən bir əlamət varsa!

Cəfəng cızmaqaranda yazdığın digər cümlədə “…bu səbəbdən hakimiyyətin bir müddət “kafir”ə verilməsinin vacib olduğunu…”-yazaraq artıq Həbibi maliyyələşdirərək, dövlət rəhbərinə, ölkə iqtidarına, alim və ziyalılarına qarşı tuşlayan xəbis niyyətlər açıq görünür. Maraqlıdır, bəs Təhlükəsizlik Orqanları, dövlət strukturları bu kimi çağırışlara niyə münasibət bildirmir?

Fikrimcə, ya Həbib Zərbəliyevə hürən tula, ya da ürək bulandıran milçək kimi baxırlar. Ancaq neyləmək olar, dallığı murdar hesab edib kəsmək olmadığı kimi, Həbibi də tualet kağızı ilə təmizləyəndə iyi, üfunəti aləmi basır. Kür çayına da atmaq olmaz ki, balıqlar həbib olub çıxar üzə. Görək bu natəmizi təmizləmək üçün alimlərimiz nə fikirləşəcək?

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzeti

Share