Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

29.05.2024 Off By Füzuli İsmayılov

Baş prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-ın sorğusuna cavab olaraq bildirilir ki, mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.

Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir.

Share