
Tailand hökuməti BRİKS-ə üzv olması ilə bağlı niyyət məktubu layihəsini təsdiqləyib
28.05.2024Tailand hökuməti ölkənin BRİKS-ə üzv olması ilə bağlı niyyət məktubu layihəsini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.
“BRİKS-ə qoşulmaq gələcəkdə mühüm iqtisadi və siyasi rol oynamaq üçün inkişaf etmək potensialına malik olan inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığı gücləndirməklə Taylandın beynəlxalq arenadakı rolunu artırmağa kömək edəcək”, – deyə bildirilib.
Qeyd olunub ki, BRİKS-ə qoşulmaq Taylandın inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan ölkələrin mühüm rol oynadığı yeni dünya nizamının yaradılmasında iştirak etmək imkanlarını artırır.