ÖLKƏNİN ELM VƏ TƏHSİLİNƏ XARİCDƏN DƏSTƏK ALAN HƏBİB ZƏRBƏLİYEV QARAYAXMASI

ÖLKƏNİN ELM VƏ TƏHSİLİNƏ XARİCDƏN DƏSTƏK ALAN HƏBİB ZƏRBƏLİYEV QARAYAXMASI

05.06.2024 Off By Füzuli İsmayılov

Bir neçə ildir ki, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev barədə hədyanlar yazan, bir sıra “şünaslıq”larda zorlanmış kim görünən “dilçi alim” Həbib Zərbəliyevin akademiklə qərəz və düşmənçiliyi olduğunu fikirləşirdim. Düşünürdüm ki, Kamal Abdullayev görəsən bu “yazığa” nə edib? Ağlımdan min fikir keçirdi, çünki belə sərsəm, nağılabənzər yazıları öz fb səhifəsində ictimaiyyətə çatdırmaq istəyən adamın başına elə bir iş gətirilməlidir ki, əvvəllər münasibətdə olduğu, bir kollektivdə işlədiyi şəxs haqqında belə yazsın. Ağlıma pis fikirlər də gəlir, ancaq Kamal Abdulayev haqqında bildiklərim bunu düşünməyə əsas vermir. Nə edəsən ki, bu sərsəm təxəyyüllü professor bizi öz yazıları ilə belə düşünməyə məcbur edir.

Bildiyimə görə Kamal Abdullayev Həbib Zərbəliyevin ADU-da işləyən qızı Lauranın nəinki xətrinə, heç nəyinə toxunmayıb. Ancaq indi bəlli olub ki, dilçilik nəzəriyyəsi üzrə müdafiə etməyə hazırlaşan Lauranın elmi rəhbəri elə dədəsi özüdür. Bu da düşünməyə əsas verir ki, savadsız qızını hər hansı yolla savadlı kimi elm aləminə soxuşdurmağa çalışan Həbib Zərbəliyev qarşıdakı maneələri qabaqcadan şantaj yolu ilə dəf etməyə çalışır. Elm aləmində isə qızının elmi rəhbəri kimi atasının olması gülünc görsənir. Ədalət və haqdan yazdığını iddia edən bu hoqqabaz Həbibin əsl siması, niyyəti görünməyə başlayır. Əvvəllər özünü Kamal Abdullayevə qarşı “mübariz” kimi göstərən bu “dinsiz alim” sonradan kənardan aldığı “tapşırıqlar” əsasında elm və təhsil sahəsində bir sıra ziyalıları, dövlət məmurlarını qarayaxmalrı ilə ictimaiyyətin gözündən salmağa çalışdığı açıqca görünür.

H. Zərbəliyevin fəaliyyəti, işlədiyi yerlərdə tez bir zamanda tanınaraq qovulması barədə ötən yazılarımızda faktları açıqlamışdım. Ancaq insanların onu bir daha tanıması üçün təkrarlamağa dəyər. Qadınlara qarşı əyyaş təxəyyülü ilə bir sıra mənəvi zadına güc verən, İndoneziya xalqına, elminə və yaxud da əksinə, Azərbaycana İndoneziya ilə bağlı hər hansı bir nəzərə çarpacaq töhfələr verə bilməyən, nə bilim nə “şünaslıqlar”da “ustalaşan”, fəalyyət göstərdiyi Təhsil Nazirliyində bir sıra ali məktəblərdə yoxlamarda iştirak edərək buradakı pozuntuları yaxşı “hörmət” xatirinə gizlədərək intriqaları ilə kollektivi, rəhbərliyi özünə tabe etməyə çalışan Həbibulla nazirlikdən qovulub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində də işlədiyi qısa zaman ərzində niyyətlərini büruzə verib və buradan da “öz ərizəsilə” uzaqlaşdırılıb. Əslində onu işə qəbul edən təhsil ocaqları bilməliydilər ki, AMEA-nın Dilçilik institutunda professor Tofiq Hacıyevin rəhbərlik etdiyi (2013-2015) illərdə böyük qalmaqalllar, məhkəmə çəkişmələri ilə yadda qalan Həbib Zərbəliyev kollektivin üzünü qaraldan, şər-xəta olan birisidir. Görünür, bu amilə diqqət yetirməyən təhsil ocaqları sonradan bunun əziyyətini çəkərkən səhvlərini anlayıblar. Çifayda ki, artıq geç olur.

Həbib işlədiyi kollektivin üzvlərindən xəfiyyə kimi özünə “agentlər” tutur. Ondan asılı vəziyyətə düşən bu agentlər Həbib qovulduqdan sonra kollektividə olan informasiyaları ona ötürməyə məcbur edilirlər. Hələ Azərbaycan Dövlət Pedaqoji Universitetinə də dilçilik kurslarının təşkili kimi proqram layihəsini “soxuşdurub” orada da agentlərini yerləşdirmək planlarını həyata keçirməyə çalışan “partizan”ın planları baş tutmayıb. Universitetin filologiya fakültəsinin “X” adlı xanım əməkdaşına doktorluq müdafiəsinə kömək etməyə çalışdığını söyləmiş, ona bu işdə fakültənin dekanı, AAK-ın şura sədri Mahirə xanım Hüseynovanın mane olduğunu söyləməklə kollektivdə konflikt yaratmağa çalışması bir daha Həbib Zərbəliyevin xislətini bəlli edir. Onun bu hiyləsi ADDU-da baş tutmamış, Zərbəliyev belə əməllərinə görə nəinki oradan, məlum səbəblərə görə AAK-dan “öz xahişilə” uzaqlaşdırılmışdır. Burada atalar demişkən: yalanla fahişəliyin ömrü 40 gün çəkir.

Sadalanan faktlardan ən önəmlisi odur ki, ADU-da Kamal müəllimin nəvazişini görən Həbib Zərbəliyev əvvəllər ADU-nun rektorunu əvəz edən Əfqan Abdullayevlə möhkəm “dostluq” əlaqələrinə girərək öncə Kamal Abdullayevdən, sonra isə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevadan saxta danoslar əsasında təhqiredici, böhtan, şər dolu yazışmalara başlayıb. Elm və Təhsil Nazirliyinin Həbib Zərbəliyev haqqında iradlarına baxmayaraq Kamal Abdullayevin lütfü ilə ADU-da Elmi Şuraya rəhbərlik edən bu vücud nəfs və iştahını gizlədə bilməyib. Bu zaman kollektivin ciddi narazılığına tuş gələn Həbib Zərbəliyevə Kamal müəllim özü də kömək edə bilməyib. Və Həbib Zərbəliyev ADU-dan “öz ərizəsilə”, səsvermənin nəticəsinə görə uzaqlaşdırılıb. Məhkəmə çəkişmələri də Həbibə uğur gətirməyib. Elm adamının, alimin görün vaxtı, fəaliyyəti nəyə sərf edilir. Dövlət beləsinə öz büdcəsindən pul xərcləyir, bu da dövlətdə cürbəcür avantürist əməllərilə xaos yaratmağa çalışır. İndi beləsini tutub nə edəsən? Yəqin buna cavabı oxucuların dəstəyilə növbəti yazımızda açıqlayacağıq..!

(Davamını sabah oxuyun, sizləri də yormayaq)

Füzuli Əfqanoğlu

Share