GÖRÜNƏN KƏNDƏ NƏ BƏLƏDÇİ- HƏBİB ELƏ HƏBİB QALACAQ!

GÖRÜNƏN KƏNDƏ NƏ BƏLƏDÇİ- HƏBİB ELƏ HƏBİB QALACAQ!

10.06.2024 Off By Füzuli İsmayılov

Bəzən hansısa sərsəmin cızmaqaralarına cavab yazmayanda cəmiyyətdə elə fikir oyanır ki, yazılanlar doğrudur, bu səbəbdən yazılara cavab verilmir. Əslində həyatını elmə yox, ancaq dedi-qodulara, xəstə təxəyyülü ilə intriqalara sərf edən alimcığazın sərsəm fikirləri insanları çaşdırmaq, yalan və böhtanları ilə şantaj etməkdir. Bununla da qarşısına keçən özündən savadlı, bacarıqlı, əxlaqlı hər kəsi şərləməklə murdar xislətini həyata keçirməyə can atır. Bekarçılıqdan fb səhifəsində belə cızmaqaraları yazmaq, paylaşmaq Həbib Zərbəliyevə məxsus cəhətlərdən, vərdişlərdəndir. “Məhsul biçini” adlı paylaşımında: “Bu ilin 28 martında hakimiyyet.info.az saytı və qəzetinin rəhbəri Fizuli İsmayılovun Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin minnətçisi kimi mənimlə görüşdüyü barədə yazmışdım. Həmin yazının bir fraqmentini burada təkrar edirəm

“Milli Elmlər Akademiyasının yeməkxanasında baş tutmuş bu görüşdə Fizuli İsmayılov çox sərsəmlədi. Vaxtilə Ramiz Mehdiyevlə, indi Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ilə, həmçinin Kamal Abdullayev ilə sıx “əməkdaşlıq” etdiyini, ümumiyyətlə, həmişə “böyüklər”lə oturub-durduğunu xüsusi əda ilə vurgulayan Fiziuli İsmayılov onu da bildirdi ki, bir müxbir kimi (oxu: nökər kimi) işi sifariş yerinə yetirməkdir və hazırda əsasən Fərəh Əliyevanın tapşırıqlarını yerinə yetirir. Söhbətdə daha iki nəfər iştirak edirdi.”-yazır. Baxın, mən həm “HAKİMİYYƏT” qəzetində, həm də hakimiyyet.info.az saytında Həbibin sərsəm, yalan, mənəviyyatdan, mərdlikdən uzaq sayıqlamalarına cavab vermişəm. Bir məxluq ki, müqəddəs Qurani-Kərimin Allahın kitabı olmadığını paylaşa, Peyğəmbərimizə (s) böhtan deyə, qızının işlədiyi kollektivin ünvanına ləyaqətsiz çıxışlar edə, münasibətdə olduğu insanlar barəsində şər, böhtan yaza, işlədiyi elm, təhsil müəssisələrindən belə əməllərinə görə insan kimi deyil, bəzi canlılar kimi qovulan “professor” haqqında başqa nə yazasan? FB səhifəsində paylaşdığı şəkillərdə qadınların arasında özünü əsl “papa roza” kimi göstərən, ölkənin ziyalısı, elm adamları, təhsil ocaqları haqqında ağzına gələni yazan, kənardan aldığı qrantlara görə ölkədə xaos, çaxnaşma yaratmağa çalışan, eşşəklə şəkil çəkdirməklə “bəxtinin açılmasına” ümid edən Həbib Zərbəliyev haqqında bu cümlələrdən başqa nə yazasan ki, bu Don Kixotluq iddiasına düşmüş xəstə sağala? Kişilikdən danışarkən hətta qızının da adını saat temasında hallanmasından çəkinməyən “papa roza” Həbib Zərbəliyev bəlkə həqiqi ailəsi, həyat yoldaşları kimi təqdim etdiyi insanların şübhəli ad və soyadları barədə yaza? Əsla buna onda nə qeyrət, nə də çox danışdığı kişilik var. Əgər bir elmi rəy almaq istəyən xanıma “sənin çayını mən soyudum” deyən “elm adamı” haqqında yazmaq yox, onu yerə yıxıb ağzına-ağzına vurmaq lazımdır. Başqaları nə etmək istəyər, özləri bilər. Maraqlıdır, dediyi görüşdə iştirak edən alimlərin yanındaca akademik Kamal Abdullayevin onu ADU-ya Şahin müəllimin yerinə qaytarılmasını, həmçinin bir qədər pul da istədiyini deyən Həbibin yanındaca iş yoldaşları ağzından vurdu ki, ayıbdır, heç utanmırsan? Bunların müqabilində FB səhifəsində yazdıqlarını siləcəyini, üzr istəyib bunların cahillik olduğunu etiraf edəcəyinə söz verdi. Amma akademik Kamal Abdullayev isə onun yazdıqlarının cəfəngiyyat olduğunu, onun yenidən ADU-ya qaytarılmasının mümkünsüzlüyünü bildirdi. Bundan sonra əlinə, ağzına hərnə gəldi alıb yazılar yazan Həbib Zərbəliyev başladı xoruz kimi banlamağa. Ruslar demişkən: “kak petuxi”. Maliyyə dəstəyinin də aşkar olunduğunu bilənlər ona dəstəyi azaldıb, elə bilin ki, Həbibə civə qoymusan, icazəsiz səs yazıları, nə bilim nə hoqqalardan çıxan Həbibi cəmiyyətə guya bu əməlləri yeni Həbib kimi tanıdacaq. Bu da mümkünsüzdür. Görünən kəndə nə bələdçi!

(davamını izləyin!)

Füzuli Əfqanoğlu

Share