ANADAN XƏSTƏ ÖVLADINA YARDIM ÇAĞIRIŞI: “Kamillanın sizin dəstəyinizə ehtiyacı var”
24.06.2024Bu barədə Hakimiyyet.info.az-a onun anası Elmira İsmayılova məlumat verib.
O bildirib ki, onun övladı bir çox xəstəlikdən əziyyət çəkir. “Kamillanın 13 yaşı var. Demək olar ki, doğulan gündən müalicələr etdiririk. Hər dəfə həkimə gedəndə onun yeni bir xəstəliyini öyrənirik. Bir neçə il əvvəl o, gözündən ağır əməliyyat keçirib. Hazırda isə böyrəklərində və yumurtalıqlarında problemlər var. Həkimlər müalicə olarsa, onun yumurtalıqlarını xilas edə biləcəklərini, əks halda onu götürməli olduqlarını deyiblər”.
Dostlar, televiziyada, sosial media səhifələrində ağır xəstə uşaqlara rast gəlirsiz. Bəlkə də, hansınızınsa, bu görüntülərə həssas münasibətiniz var. Amma onların çıxış yolu Allahdan sonra bizlərik. Birlik göstərməsək, onları ömürlük bu xəstəliyə düçar edə, yaxud da itirə bilərik. Bu zərurətdən, daha bir balamızın dərdinə çarə olmaq üçün paylaşım edirik.
Kamilla qızımız 13 yaşındadır və 6 ildir ağır xəstəliklərlə mübarizə aparır. Qızda insulin müqaviməti, kortizol və kreatinin faizi artıb. Qalxanvarı vəzidə düyünlü tiroid, qadın vinil qanaxması başlayıb. Yumurtalıqlar kistik vəziyyətdədir, boruda maye yığılır. Kamilla hər iki gözündən ağır əməliyyat keçirib. İndi mədədə (daşlar) aşkar etdilər, qızda dəhşətli ağrılar başlayıb.
Kamillanın təkcə 1 qutu(Saxenda) iynəsi 300 manat edir və sadəcə 1 həftəyə yetir. Anası bu günə qədər dəridən-qabıqdan çıxıb, Kamillanı mualicəsini edib. Bu gün ailə elə bir vəziyyətə gəlib çıxıb ki, nəinki uşağin dərmanını almağa, evə ərzaq alacaq qədər pulları məhduddur. Bor içindədirlər. Kamilla sağalsın deyə, pula çevrilə biləcək hər şeylərini satıblar. Son ümidi bizlərik!
Kamillanın anası Elmira İsmayılova övladına təkbaşına baxdığını deyib.
“Biz yoldaşımla illərdir ayrılmışıq, nə aliment verir, nə maddi hər hansısa dəstək olur bizə. Özüm güc-bəla ilə Kamillanı bu günə kimi gətirib çıxarmışam. Hazırda onun müalicəsi üçün bizim dəstəyə ehtiyacımız var. Bunun üçün isə bizə maddi dəstək lazımdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 706-05-21.
Leo Bank: 5411 2498 0319 7784




















