Xızıda silah-sursat və çətənə kolları aşkarlanıb

Xızıda silah-sursat və çətənə kolları aşkarlanıb

01.07.2024 Off By Füzuli İsmayılov

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Səfər Səfərovdan kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, həyata keçirilən digər əməliyyat tədbirlərilə saxlanılan Kamran Abdulovdan isə qanunsuz saxladığı 1 ədəd tüfəng və 15 ədəd patron aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Share