Masallı rayon prokurorluğunda “Açıq qapı günü” təşkil edilib

Masallı rayon prokurorluğunda “Açıq qapı günü” təşkil edilib

18.07.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, ictimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, iyulun 18-də növbəti “Açıq qapı günü” təşkil edilib. Masallı rayon prokurorluğunun inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.

Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.

Tədbir zamanı Masallı rayon prokuroru Vəli Mustafayev və Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışıb.

İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.

Sonda xatirə fotoşəkli çəkdirilib.

Share