Ədliyyə Nazirliyinə tabe idarə jurnalisti ələ salıb süründürür – ŞİKAYƏT

Ədliyyə Nazirliyinə tabe idarə jurnalisti ələ salıb süründürür – ŞİKAYƏT

29.07.2024 Off By Füzuli İsmayılov

Tanınmış jurnalist, Rezonans.az informasiya portalının rəhbəri Əli Musa (Qənbərzadə) Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş İdarəsi tərəfindən ələ salınaraq süründürülür. Hakimiyyet.info.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb. 

Əli Musa bildirib ki, 2 ilə yaxındır Azərbaycan Respublikasının  Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunun tələblərinə uyğun olaraq, İctimai birlik təsis edərək dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinin  Notariat, qeydiyyat və reyestr baş İdarəsinə təsis sənədlərini göndərib  müraciət etmişəm.

Dəfələrlə müraciətimə idarənin əməkdaşı olan Aslan adlı səlahiyyətli şəxsin imzasıyla  bir maddə göstərilərək, ictimai birliyin təsis sənədi üstümə göndərilmişdir. Bunlara rəğmən hər dəfə təsis sənədlərində göstərilən tələblərə əsasən   nöqsanları aradan qaldırıb, yenidən müraciət etsəmdə heç bir məhəl qoyulmamış müraciətimə nə hə, nədə ki, yox cavabı verilməmişdir.

Belə ki, 2023-cü ilin dekabr ayında idarənin əməkdaşı olan Nərmin xanım tərəfindən mənə zəng edilərək, təsis etdiyim “İnsan Hüquqlarının İnkişafı və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin adında Mərkəzi sözünün çıxarılması, o cümlədən nizamnamənin onlar tərəfindən hazırlanması üçün  razılığımın verilməsi, idarə tərəfindən  qalan təsis sənədlərinin tam hazır formada hazırlanıb elektron poçt ünvanıma göndərilərək tərəfimdən çıxarılıb imza çəkilib, yenidən idarəyə müraciət edilməsi bildirilib.

Beləliklə mənə edilən bu zəngdən sonra necə deyərlər sevincəyə düşərək, operativ şəkildə gecikmədən  bir iş günü ərzində idarə tərəfindən hazırlanmış təsis sənədlərini elektron poçt ünvanımdan çıxarıb, qol çəkib əyani şəkildə idarə əməkdaşı Nərmin xanıma təqdim etdim.

On ildən artıqdı arxa-dayaqsız, qüsursuz şəkildə  jurnalist kimi fəaliyyət göstərən xüsusilə, ölkə vətəndaşı kimi Ali, müqəddəs qanunverici kitabımız olan Konstitusiyamızda göstərilən hüquqlarımdan istifadə edərək, vətənimə, dövlətimə, xalqıma şərəflə xidmətimin davamı olaraq ictimai birliyi təsis etməyi özümə böyük borc  bildim.

Heç demə “fəqət sən saydığını say fələk gör nə sayır” desəm yanılmaram. 

Vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunur. Bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır.

Ancaq əfsuslar olsun ki, bu 2 il ərzində bu idarənin bəzi  səlahiyyətli şəxsləri tərəfindən etdiyim müraciətimə nə həssas münasibət nədə ki, adekvat belə cavab ala bilmədim. Səbəbi isə mənimçün hələdə sual işarəsi altındadır. 

Bəhanə və başqa iddiaları nədir bilmirəm. Jurnalist kimi fəaliyyətimdə göz önündə.

Bütün dövlət qurumlarının xüsusilə Ədliyyə Nazirliyinin(bunu Nazirliyin Mətbuat Xidməti də təsdiq edə bilər)  yanında olan və ictimaiyyətə veriləcək informasiyaları operativ, ədalətli, və qərəzsiz şəkildə işıqlandıran jurnalist olaraq məndə və fəaliyyətimdə olan qüsur, cəhət, xüsusiyyət nədi anlaya bilmirəm.

“Əminəm ki, ölkə rəhbərimiz Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev cənablarının  inam və böyük etimad göstərərək, təyin etdiyi etdiyi yeni Ədliyyə Naziri Hörmətli, Fərid Əhmədovun haqqlı və ədalətli şəkildə mənə qarşı səbəbi bilinməyən və edilən bürokratik əngəllərə qarşı çıxaraq, özünündə etimad göstərib təyin etdiyi Baş İdarə rəisi Elşad Məmmədli ilə birlikdə mənə qarşı bu günə qədər aparılan “ələ salınma və süründürməçiliyə” son qoyularaq qısa zaman ərzində tezliklə ictimai birliyim dövlət qeydiyyatına alınacaq” – deyə Əli Musa qeyd edib.

Share