Müharibə Veteranlarının Respublika Xəstəxanasının nümunəvi xidməti-Təşəkkür məktubu
29.07.2024Hər dəfə ağrılarım şiddətlənəndə Mərdəkandakı Müharibə Veteranları Respublika Xəstəxanasına üz tuturam. Burada çalışan həkim heyəti və tibb işçiləri öz peşələrin kamil bilicisi, “Hippokrat andı”na sadiq fədakar insanlardır. Bu yaxınlarda yenidən adı çəkilən tibb müəssisəsində müalicə olundum. Müalicə həkim, nevropotoloq Nailə xanım Nəbizadənin, baş tibb bacıları Aytəkin və Lalə xanımın, tibb bacıları Nərgizin, Leylinin, Zülfiyyənin, Yeganənin, massajist Lalə xanımın, ultrasəs müayinə Sara xanımın, darsenval Mətanət xanımın, təsərrüfat bacısı Raziyyə xanımın xəstələrə insani münasibətlərinin bu dəfə də şahidi oldum. Bu insanlar burada müalicə olunan xəstələri özlərinin ən yaxın adamı bilir və əllərindən gələn köməkliklərini göstərirlər.
Sevindirici haldır ki, “Hippokrat andı”na sadiq, gözəl insan, qayğıkeş həkim və tibb işçilərimiz var. Hər birinə ayrı-ayrılıqda”sağ olun” deyib, ürəkdən aılqışlamaqla “uğurlarınız bol olsun” deyirəm.
Nəsrəddin Həsənov,
təqaüddə olan müəllim,
Əmək veteranı