Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

31.07.2024 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Hakimiyyet.info.az xəbər verir ki, iyulun 30-da Baş prokuror Kamran Əliyev Nərimanov rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Nərimanov rayon və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Share