ABŞ Gürcüstana yardımı dayandırıb
31.07.2024ABŞ Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ilə əlaqədar olaraq ölkəyə yardımı dayandırıb. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken deyib.
Xatırladaq ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun 3 iyun tarixində qəbul edilib. Gürcüstan prezidenti Salome Zurabişvilinin müqavimətinə və vetosuna, eləcə də, xarici diplomatların etirazlarına baxmayaraq, parlament bu qanunun ilkin versiyasının qaytarılmasına nail olub.