Ermənilər mövqelərimiz üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd etdilər

Ermənilər mövqelərimiz üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd etdilər

19.08.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verrir ki, avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Share