Latviya Ukraynaya 1400 ədəd PUA göndərəcək

Latviya Ukraynaya 1400 ədəd PUA göndərəcək

23.08.2024 Off By Füzuli İsmayılov

Latviya Ukraynaya təhvil verilməsi üçün pilotsuz uçuş aparatlarının (PUA) ən böyük partiyasının hazırlanmasını başa çatdırıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds deyib.

“Latviya istehsalçılarına məxsus pilotsuz təyyarələrin ən böyük partiyası Ukraynaya göndərilmək üçün hazırlanıb – 1400 PUA”, – o bildirib.

Qeyd edək ki, Latviya Ukrayna hakimiyyətinə təhvil verilməsi üçün təxminən 2,7 min pilotsuz təyyarə alıb.

Share