Vladimir Putin Monqolustana rəsmi səfərə gedib

Vladimir Putin Monqolustana rəsmi səfərə gedib

02.09.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 2-də Monqolustana rəsmi səfərə gedib. Putin Monqolustan Prezidenti ilə Rusiya-Monqolustan münasibətlərinin, hərtərəfli strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.

Qeyd edək ki, Kreml bir müddət əvvəl Vladimir Putinin səfəri kontekstində Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyü ilə bağlı heç bir narahatlıqlarının olmadığını bildirib.

Share