Çox çətin vəziyyətdə məcburi tərk etdiyim Cəbrayıla sevinclə qayıdıram
26.09.2024Çox çətin vəziyyətdə, acılarla məcburi şəkildə tərk etdiyim doğma Cəbrayıla sevinclə qayıdıram.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Diliş Məmmədova deyib.
Onun sözlərinə görə,1993-cü il 23 avqustu acı gün kimi xatırlayır. Həmin gün doğma Cəbrayıldan qaçqın düşüb. Ötən illər ərzində qaçqınlıq həyatı heç də asan olmayıb və çətin dövrü yaşayıb.
“Allah Prezidentimizi var eləsin, şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində biz doğma torpağımıza dönürük”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu gün ilk olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.