ABŞ və Aİ İsrail-Livan sərhədində 21 günlük atəşkəsə çağırıb
26.09.2024ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər İsrail-Livan sərhədində dərhal atəşkəs əldə etməyə çağırıb.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı birgə bəyanatda deyilir.
“Diplomatiyanın diplomatik həllə çatması üçün Livan-İsrail sərhədində dərhal 21 günlük atəşkəsə çağırırıq”, – deyə sənəddə bildirilib.
Bu dövlətlər həmçinin İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsinə dəstək məqsədilə Birləşmiş Ştatlar tərəfindən hazırlanmış BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinin icrasına çağırıblar.