Qırğızıstanda qar uçqununda itkin düşənlərdən üçünün cəsədi tapıldı
19.10.2024Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzi bildirib ki, oktyabrın 19-da səhər saatlarında aparılan axtarış-xilasetmə tədbirləri zamanı dağlıq ərazidə itkin düşmüş 6 nəfərdən 3-nün cəsədi tapılıb.
Trend “Kabar” agentliyinə istinadən xəbər verir ki, Qırğızıstan FHN-in xilasediciləri oktyabrın 18-dən etibarən Cəlal-Abad vilayətinin Çatkal rayonunun Ak-Sai ərazisində qar uçqunu nəticəsində itkin düşmüş 6 vətəndaşın axtarışlarını davam etdirirlər.
Axtarış-xilasetmə əməliyyatı zamanı 3 nəfərin cəsədi aşkar edilərək helikopterlə Kumbel ərazisindəki qərargaha aparılıb. Xilasedicilər cəsədləri polis əməkdaşlarına və həlak olanların yaxınlarına təhvil veriblər.
Agentlik xatırladıb ki, oktyabrın 9-da Kanış-Kiya kəndinin 14 sakini və bir xarici ölkə vətəndaşı nadir bitkinin kökünü axtarmaq üçün dağlara çıxdıqdan sonra itkin düşüblər. Oktyabrın 16-da həyata keçirilmiş axtarış tədbirləri nəticəsində onların 8-i xilas edilib, 6 nəfər isə qar uçqunu altında qalaraq ölüb.