“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov dəfn edildi

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov dəfn edildi

19.10.2024 Off By Füzuli İsmayılov

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov ilə vida mərasimi keçirilib. Mərasimində ailəsi, dostları, yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Mərasimdən sonra mərhumun nəşi dəfn edilmək üçün Əhmədli qəbiristanlığına aparılıb.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov 75 yaşında vəfat edib.

Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışıb.

Tağı Əhmədov dəfn edildi (FOTO/VİDEO) (ƏLAVƏ EDİLİB)

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov dəfn edilib. Mərhumun nəşi Əhmədli qəbiristanlığına torpağa tapşırılıb.

Share