Valentina Matviyenko: BRICS sammiti tarixin gələcək gedişatını müəyyən edəcək

Valentina Matviyenko: BRICS sammiti tarixin gələcək gedişatını müəyyən edəcək

19.10.2024 Off By Füzuli İsmayılov

Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, qarşıdakı BRICS sammiti həlledici tarixi əhəmiyyətə malik olacaq hadisədir.

TASS agentliyinin verdiyi xəbərə görə Matviyenko vurğulayıb: “ABŞ-da keçiriləcək prezident seçkiləri deyil, məhz BRICS sammitinin üç günü ərzində Rusiyadan gələn xəbərlər bütün qitələrdə diqqətlə izlənəcək və tarixin gələcək gedişatını müəyyən edəcək”.

Federasiya Şurasının sədri “Telegram” kanalında yazıb: “Dünya ciddi şəkildə dəyişib, ABŞ-da keçiriləcək prezident seçkiləri dünya ictimaiyyəti üçün ilin ən mühüm hadisəsi olmayacaq və Birləşmiş Ştatlar nə qədər səy göstərsə də, BRICS sammiti tarixin gələcək gedişatını müəyyən edəcək bir hadisə olacaq”.

Onun fikrincə, bu, obyektiv və dönməz proseslərin təzahürüdür. “Əminəm ki, 2024-cü ildə tərəddüd edən ABŞ-da deyil, məhz Kazanda bəşəriyyətin inkişafının vektoru qurulacaq. Tatarıstanın paytaxtında bu sammitin üç günü və dünyanın əksər liderlərinin danışıqları gələcəyimizə əsas təsir göstərəcək. Bu, heç də Amerika Birləşmiş Ştatlarında səslərin hesablanmasının nəticəsində və ya Amerika və digər qlobal liberal medianın bütün gücü il hər kəsə təqdim etməyə və tətbiq etməyə çalışdığı şəkildə baş verməyəcək”.

Matviyenko əmindir ki, suveren dövlətlərin həqiqətən də məsuliyyətli siyasətçiləri bunu başa düşür. Sammitdə təmsilçilik səviyyəsinin və assosiasiyaya daxil olmaq üçün müraciətlərin sayının daim artması bunun bariz sübutudur. “Mən əminəm ki, Rusiyadan gələn xəbərlər bütün qitələrdə izləniləcək və bu, düzgündür”, – deyə Rusiya parlamentinin yuxarı palatasının sədri sözlərini yekunlaşdırıb.

Share