Qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 14 milyard 530,5 milyon manat təşkil edib

Qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 14 milyard 530,5 milyon manat təşkil edib

19.10.2024 Off By Füzuli İsmayılov

Azərbaycan 9 ayda Qarabağa və Şərqi Zəngəzura 3.7 milyard manatdan çox vəsait yönəldib.

Bu barədə millət vəkili Tahir Mirkişili rəsmi fesybuk səhifəsində paylaşım edib. O həmçinin qeyd edib ki, bu ilin 9 ayı ərzində Azərbaycanın icmal büdcəsində 9 milyard manata yaxın qalıq yaranıb. Azərbaycan 9 ayda 1 milyard manatdan çox borc qaytarıb. Azərbaycanın 9 ayda dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 14 milyard 530,5 milyon manat təşkil edib.

Azərbaycanın 9 ayda dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206,5 milyon manat təşkil edib.

Share