“Zəfərin mübarək Azərbaycan” adlı şəhid övladlarına həsr edilmiş konsert

“Zəfərin mübarək Azərbaycan” adlı şəhid övladlarına həsr edilmiş konsert

06.11.2024 Off By Füzuli İsmayılov

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Zəfər Günü münasibəti ilə 4 Noyabr 2024-cü il tarixdə “Zəfərin mübarək Azərbaycan” adlı şəhid övladlarına həsr edilmiş konsert proqramı keçirilib.

Konsertdə Şəhid övladları, valideynləri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri iştirak edib.

Şəhidlərin xatirəsininin anılması ilə başlayan konsert 2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında rəngarəng musiqilər səsləndirilməsi ilə davam edib.

Şəhid övladlarına və valideynlərinə məktəbin rəhbərliyi tərəfindən Şəhidlərin fotoşəkli əks olnmuş portretlər hədiyyə edilib. Sonda xatirə şəkli çəkilib.

Share